Мой сайт Tuesday, 23.04.2024, 09:54
Main | Registration | Login Welcome Guest | RSS
MENYU



Main » 2010 » September » 27 » BU DUZLARI ALMAYIN
17:37
BU DUZLARI ALMAYIN
BU DUZLARI ALMAYIN
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər davam etdirilir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam edirilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, satışda olan duzlardan götürülən nümunələrin laborator müayinəsi zamanı bəzi duz məhsullarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib. Bu duzlar Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində yerləşən "Slovyansk duzçıxarma şirkəti”ndə istehsal edilən 1000 qr-lıq "Ekstra” və Rusiyanın Həştərxan vilayətinin Nijni Baskunçak qəsəbəsində yerləşən "Bassol” ASC-də istehsal edilən 1000 qr-lıq "Sol” yodlaşdırılan süfrə duzlarıdır.


Bununla əlaqədar olaraq, həmin duzların idxalçısı olan "Lavanda” MMC-nin Gəncə və Xaçmaz şəhərlərində yerləşən anbarlarında olan duzlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinə nəticəsində də "Slovyansk duzçıxarma şirkəti”ndə istehsal edilən "Ekstra” və "Bassol” ASC-də istehsal edilmiş 1000 qr-lıq "Sol” yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən olunub.

Aşkar edilən qanun pozuntuları ilə əlaqədar, müəssisənin anbarında olan 67,7 ton "Ekstra” və 10,5 ton "Sol” yodlaşdırılmış süfrə duzlarının satışının qadağan edilib. Bu duzların ticarət şəbəkəsindən çıxarılması barədə "Lavanda” MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində yerləşən "Slovyansk duzçıxarma şirkəti”ndə istehsal edilən 1000 qr-lıq "Ekstra” və Rusiyanın Həştərxan vilayətinin Aşağı Baskunçak qəsəbəsində yerləşən "Bassol” ASC-də istehsal edilən 1000 qr-lıq "Sol” yodlaşdırılmış süfrə duzlarını almamağı tövsiyə edir.
Category: XEBERLER | Views: 845 | Added by: proqram | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
«  September 2010  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

CHATIMIZI NECE QIYMETLENDIRIRSINIZ
Total of answers: 9

PROQRAM.TK CHATI


Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024