Мой сайт Tuesday, 23.04.2024, 19:20
Main | Registration | Login Welcome Guest | RSS
MENYU



Main » 2010 » September » 27 » HAVANIN HƏRARƏTİ ARTACAQ
17:36
HAVANIN HƏRARƏTİ ARTACAQ
HAVANIN HƏRARƏTİ ARTACAQ
Sentyabrın 27-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, cənub-şərq küləyi əsəcək. Gündüz 23-25, axşam 18-20 dərəcə isti olacaq.

Sentyabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək. Gecə 15-18, gündüz 25-27 dərəcə isti olacaq.

Sentyabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.

Sentyabrın 30-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Gecə 17-19, gündüz 26-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 28-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 15-19, gündüz 24-28, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.

Sentyabrın 29-30-da hava, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20, gündüz 26-30, dağlarda gecə 11-14, gündüz 20-25 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 

Category: XEBERLER | Views: 812 | Added by: proqram | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
«  September 2010  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

CHATIMIZI NECE QIYMETLENDIRIRSINIZ
Total of answers: 9

PROQRAM.TK CHATI


Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024