Мой сайт Friday, 26.04.2024, 06:07
Main | Registration | Login Welcome Guest | RSS
MENYU



Main » 2010 » September » 26 » QASIRGA VƏ KÜLƏK FACİƏLƏRİ
17:08
QASIRGA VƏ KÜLƏK FACİƏLƏRİ
QASIRGA VƏ KÜLƏK FACİƏLƏRİ
Haitidə baş vermiş şiddətli fırtınada 5 nəfər öldü, minlərlə zəlzələ çadırı yararsız vəziyyətə düşdü

Mövsüm dəyişikliyi bir çox ölkədə sel və qasırğalarla müşaiyyət olunur.

Haiti on minlərlə vətəndaşının qurban getdiyi faciəvi zəlzələnin nəticələrini tam aradan qaldırmamış bu dəfə də qasırğaya tuş gəlib.

Haitidə baş verən qasırğada 5 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Ölkədə zəlzələnin baş verməsindən 8 ay keçməsinə baxmayaraq, 1 milyondan artıq insan çadırlarda yaşamaq məcburiyyətində qalıb. Lakin fırtına minlərlə zəlzələ çadırını da yararsız hala salıb.

Tropik ''Metyu" qasırğası isə Nikaraquadan Hondurasa keçib. Nəticədə elektrik enerjisi xətlərində qəzalara yol açıb, minlərlə insan işıqsız qalıb. Güclü yağışların davam etdiyi ölkədə sel və torpaq sürüşmələrinə dair xəbərdarlıq edilib. Çoxlu sayda insan da evlərindən evakuasiya edilib.

Venesuelada isə torpaq sürüşməsi nəticəsində onlarca insan fəlakət zonasından evakuasiya edilib. 7 nəfərin öldüyü paytaxt Karakasda evlər və avtomobillər su altında qalıb. Bir çox bölgədə nəqliyyatı hərəkəti iflic olub.

Çinin cənubunda müşahidə edilən güclü yağışlarda isə ölənlərin sayı 71-ə çatıb, 65 nəfərdən isə xəbər yoxdur.  Quanqdonqda bölgə mülki işlər idarəsi əhaliyə dəymiş ziyanı araşdırır. Yağışlar 14 milyon insana təsir edib, bunlardan 1 milyonyu evakuasiya edilib. 9 mindən çox ev uçub və dəymiş ziyanın ümumi məbləğinin 4 milyard dollara çatdığı bildirilir.

Category: XEBERLER | Views: 499 | Added by: proqram | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
«  September 2010  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

CHATIMIZI NECE QIYMETLENDIRIRSINIZ
Total of answers: 9

PROQRAM.TK CHATI


Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024