Belə ki, sentyabrın 21-də Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,34 dollar azalaraq 1 barelə görə 73,52 dollar təşkil edib.
NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "qara qızıl”ın ixracına dair noyabr müqaviləsinin dəyəri də 1.22 dollar düşərək bir barelə görə 74.97 dollar təşkil edib.
Sentyabrın 21-də ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,90 dollar azalaraq 78,42 dollar təşkil edib.