Rusiya prezidenti Dmitri Medvedevin Çinə səfəri çərçivəsində imzalanan sənədlər, əsasən energetika sahəsində əməkdaşlığı özündə ehtiva edir. Həmkarı Hu Cintao ilə görüşdən sonra verdiyi açıqlamada Medvedev imzalanan sənədlərin nüvə və elektrik enerjisi sahəsinində əməkdaşlığı genişləndirəcəyini, o cümlədən enerji mənbələrindən birgə və effektiv istifadəni təmin edəcəyini bildirib. Danışıqlar zamanı tərəflər iqtisadi-ticari əlaqələrin də dərinləşməsi ətrafında fikir mübadiləsi aparılblar. Təsadüfi deyil ki, səfər zamanı Rusiya prezidentini çoxlu sayda rusiyalı iş adamı müşayət edir.